EN

Ukrayna potensial görüş yerlərinin adlarını açıqladı

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşü üçün mümkün yerlər olaraq Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanını qeyd edib

Adalet.az xəbər verir ki, o bu haqda “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.

    Yermakın sözlərinə görə, son günlər müzakirə olunan Budapeşt üstünlük verilən yer deyil.

    “Budapeşt, əlbəttə, 1994-cü ildəki yerinə yetirilməyən razılaşmanı xatırladır, odur ki, bu yerə üstünlük verilmir", - deyə o qeyd edib və əlavə edib ki, Moskva da görüş yeri kimi müzakirə edilməyib.

    Yermak əvvəlcə Zelenski və Putin arasında danışıqların, sonra isə dərhal Trampın iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyini bildirib.

    Chosen
    32
    7
    adalet.az

    8Sources