EN

“Avtobusların istismar müddəti 10 ildir, amma Azərbaycanda bu 15 ilə qədər uzanır” EKSPERT FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hələ də Bakının küçələrində köhnə “ağ avtobuslar” sərnişin daşıyır. Halbuki paytaxtda yeni daşıyıcı şirkətlər fəaliyyətə başlasa da, onlar köhnə şirkətlərin balansındakı avtobuslardan istifadə etməyə üstünlük verirlər. Nəticədə isə ictimai nəqliyyatda gözlənilən yeniliklər tam olaraq özünü göstərmir.

Bundan əlavə, bir zamanlar müasirliyi ilə seçilən “BakuBus”ın qırmızı avtobuslarında da texniki problemlər özünü göstərməyə başlayıb. Sərnişinlərin sözlərinə görə, bu nəqliyyat vasitələrindən artıq əcaib səslər gəlir və komfort əvvəlki kimi deyil. Bu isə həm sərnişinlərin narahatlığına, həm də texniki təhlükəsizliklə bağlı suallara səbəb olur.

Bütün bunları nəzərə alsaq, sual yaranır: Bakıda ictimai nəqliyyat parkı köklü şəkildə yenilənməlidirmi və “BakuBus” avtobuslarının da yeniləri ilə əvəzlənməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, avtobus parkı mərhələli şəkildə yenilənir və bu il ərzində artıq bunu müşahidə edirik. İlin sonuna qədər də yenilənmə prosesi davam edəcək:

“Düşünürəm ki, yaxın illər ərzində mərhələli şəkildə park yenilənəcək. Bu gün 2200 avtobus xətdədir. Onların təxminən 50%-i müasir, aşağı gövdəlidir. Növbəti 5 il ərzində ümumi sayın 2800-ə çatdırılması və bütün köhnə avtobusların xətdən çıxarılması nəzərdə tutulub.

Avtobusun istismar müddəti 10 ildir, lakin Azərbaycan reallığında bu müddət 15 ilə qədər uzanır. İndi gördüyümüz bu köhnə tip avtobusların da yenilənməsi yaxın 5 il ərzində planlaşdırılır. Düşünürəm ki, bundan sonra daha müasir və ekoloji cəhətdən təmiz avtobus növlərinə üstünlük veriləcək”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
avtosfer.az

2Sources