EN

Banklar bu hallarda kredit verməkdən imtina edir SƏBƏBLƏR

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İstehlak kreditlərinin verilməsi qaydası hökumət tərəfindən tənzimlənir. Bir vətəndaşın kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45 faizindən çox ola bilməz. Xüsusi hallarda bunun 70 faizədək qaldırılmasına icazə verilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, bildirib ki, banklar krediti o halda verir ki, pulu toplayacaqlarına əmin olsunlar:

“Kreditlərin növləri çoxdur və hər biri ilə bağlı fərqli qərarlar verilə bilər. Amma ümumi yanaşma ondan ibarətdir ki, banklar krediti o halda verir ki, pulu toplayacaqlarına əmin olsunlar.  pizza sifarişi

Banklar verdikləri krediti sabah geri alacaqlarına əmin olmadıqda, vermirlər. İstehlak kreditlərinin verilməsi qaydası hökumət tərəfindən tənzimlənir. Bir vətəndaşın kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45 faizindən çox ola bilməz. 

Xüsusi hallarda bunun 70 faizədək qaldırılmasına icazə verilir. Amma ondan çoxuna icazə verilmir. Yəni istehlak krediti götürmək üçün vətəndaşın rəsmi gəliri olmalıdır. İkincisi, vətəndaşın aylıq kredit ödəmələri onun rəsmi gəlirinin 45 faizindən, xüsusi hallarda isə 70 faizindən çox olmamalıdır”.

Ekspert vurğulayıb ki, hər bankın özünün ayrıca kredit qiymətləndirmə prosesi olur:

“Üçüncüsü, banklar kredit verən zaman müştərinin kredit tarixçəsinə baxır. Bu, bankların özünün krediti qiymətləndirmə qaydalarından biridir. Banklar baxır ki, kredit verdiyi müştəri nə cürdür. Götürdüyü pulu qaytara bilirmi? Problemləri varmı? Çünki bank hesab edir ki, müştərinin problemi varsa, o həmin banka da problem yarada bilər. 

Ona görə də müştərinin kredit tarixçəsindəki vəziyyətə baxılır. Onun əgər əvvəllər belə problemi olubsa, həmin şəxsin maliyyə probleminin aradan qalxıb-qalmamasını təhlil edirlər. Təbii olaraq, banklar müştərinin yaşına da fikir verirlər. 

Xüsusən ipoteka kreditləri pensiya yaşınadək verilir. Pensiya yaşını keçənə də kredit verilir, ancaq banklar nəzərə alır ki, pensiyaya çıxdıqdan sonra vətəndaşın gəliri sadəcə pensiyadan ibarət ola bilər və onun gəliri aşağı düşə bilər. Hər bankın özünün ayrıca kredit qiymətləndirmə prosesi var”.

Nazim Hacıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
yenisabah.az

2Sources