EN

Bayden Küveyt əmirinin ölümünə reaksiya verib

ABŞ prezidenti Cozef Bayden Küveytin mərhum əmiri Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahı ABŞ-ın dəyərli tərəfdaşı və əsl dostu adlandırıb.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edildiyi kimi, ABŞ prezidenti və birinci xanım Cil Bayden Küveyt əmirinin ölüm xəbərindən kədərləniblər.

Baydenin sözlərinə görə, “Şeyx Navaf ABŞ-ın dəyərli tərəfdaşı və əsl dostu idi”.

...Biz onun ölümünə yas tuturuq, onun həyatını və Yaxın Şərqdə sülh eləcə dəsabitlik üçün paylaşdığımız vizyonu qeyd edirik.

Bunu deyən Baydeninsözlərinə görə, Birləşmiş Ştatlar və Küveythökumətlər və xalqlar arasında çoxdankı əlaqələri gücləndirməyə davam edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəlSİA-nın da qeyd etdiyi kimi,Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.

Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah onun varisi elan edilib. Ölkə konstitusiyasına görə, əmirin ölümündən sonra taxt avtomatik olaraq vəliəhdə keçir, lakin o, yalnız Milli Assambleyada (birpalatalı parlament) and içdikdən sonra hakimiyyətə gələ biləcək. Yeni əmirin varis təyin etmək üçün bir il vaxtı var.

...Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah 2006-2020-ci illərdə ölkəyə rəhbərlik etmiş ögey qardaşı Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahın ölümündən sonra 2020-ci il sentyabrın 30-da taxta çıxıb. 2006-cı ilin fevralında Şeyx Sabahın əmri ilə Şeyx Nəvaf vəliəhd təyin edildi. Beləliklə, o, əs-Sabah ailəsinin iki qolunun nümayəndələrinin - əl-Cabir və əl-Salemin növbə ilə əmir olması ənənəsini pozdu.

Nazlı

Chosen
307
50
sia.az

10Sources