EN

Paşinyan Ermənistan-ABŞ şirkətinin Zəngəzurdan keçən yolu idarə edəcəyini bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ şirkətinin Zəngəzur dəhlizindən keçəcək yola nəzarəti deyil, onun biznes idarəçiliyini həyata keçirəcəyini bildirib.

APA xəbər verir ki, bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Paşinyan dəhlizdən keçən dəmir yolunun İrandan gələn yük maşınlarının hərəkətinə mane yaratmayacağını qeyd edib.

”Bizim dəmir yolumuz müxtəlif yaşayış məntəqələrindən və yollarından keçir, yüzlərlə keçid nöqtəsi var. Hər hansı bir ölkənin yük maşınları bu dəmir yollarından keçərkən hər hansı bir problem yaşayıb? Xeyr, çünki bu Ermənistan Respublikasının yurisdiksiyasındakı ərazidir”, - deyə Baş nazir açıqlama verib.

Chosen
36
4
apa.az

5Sources