EN

“Ölü yaddan çıxır, plovu müzakirə edirik”

Şairə Nazilə Səfərli yas mərasimlərində yemək verilməsinin əleyhinə olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, o, sosial media hesabında paylaşdığı videoda sərt danışıb:

"Yas insan evinə vaxtlı, vaxtsız düşür. İnsan öz dərdi ilə qala bilmir. Düşünə bilmir ki, dərdimi çəkim, ölümə ağlayım, yoxsa gəlib-gedəni yola salım. pizza sifarişi

Bizdə əvvəllər belə adət var idi ki, yası düşənin evində 1 həftə yemək bişmirdi. Hamı bişirib gətirirdi. Üstündən 1 həftə keçəndən sonra ev sahibi dana kəsir, hər evə bir az ət və halva göndərirdi. Gözəl addımdır. Bir həftəyə ölü sahibi özünə gəlməyə başlayır.

İndi yas yerində toyuq, badımcan ləvəngisi qoyulur. Bunun qarşısı alınmalıdır. Ərəb ölkəsində qapıda üyüdülmüş qəhvə qoyulur. Ondan bir qaşıq dilinin altına qoyursan. Gəlib demirlər, "filankəsin halvası" dadlı idi. Ölü yaddan çıxır, plov müzakirəyə çıxır. Yas yerində yemək yığışdırılsın. Ölü yiyəsi yemək halına qalmamalıdır".

Qeyd edək ki, şairənin bu fikrləri insanlar arasında maraqla qarşılanıb. Hər kəs yaslarda bu cür məclis açılmasını qınayıb.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
20
2
yenisabah.az

3Sources