EN

Azərbaycan gizli “müharibədən” qalib çıxdı İlginc nüans

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Demokratik cəmiyyətin əsas sütunlarından biri fikir, söz və məlumat azadlığıdır. Bu azadlıqlar yalnız fərdi hüquqların təminatçısı olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin sağlam inkişafı, ictimai nəzarətin təşkili və dövlətin şəffaf fəaliyyətinin əsasını təşkil edir. Fikir, söz və məlumat azadlığının sivil cəmiyyətin ayrılmaz atributu hesab edilməsi də məhz bu səbəbdəndir. Müasir dünyada bu prinsiplər olmadan demokratik idarəetmədən və inkişaf etmiş cəmiyyətdən danışmaq mümkün deyil.

Azərbaycan da bu istiqamətdə müstəqillik əldə etdikdən sonra bir sıra hüquqi və institusional islahatlara imza atmış, fikir və söz azadlığının təmininə yönəlmiş tədbirlər görmüşdür. Xüsusilə mətbuatın 150 illik yubileyinin qeyd olunması təkcə tarixi mərhələnin vurğulanması deyil, həm də bu sahədə atılmış addımların, mövcud vəziyyətin və gələcək perspektivlərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs bu kontekstdə ölkəmizdə fikir, söz və məlumat azadlığının inkişafı istiqamətində hansı praktiki addımlar atılıb? Mətbuat sahəsində hansı yeniliklər müşahidə olunub? Ümumiyyətlə, plüralizmin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət cəmiyyətin gözləntilərinə nə dərəcədə cavab verir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, söz və fikir azadlığı Azərbaycanda uzun və mürəkkəb bir yol keçib:

“Vaxtilə ölkəmizdə senzura mövcud idi, bu isə fikir azadlığını ciddi şəkildə məhdudlaşdırırdı. Hazırda bu məhdudiyyətlər aradan qaldırılıb və insanlar fikirlərini daha sərbəst və açıq şəkildə ifadə edə bilirlər.

Ceyhun Məmmədov

Azərbaycanda mətbuatın əsası illər öncə qoyulub. Bu gün isə mətbuatımız sürətlə inkişaf edir, söz və fikir azadlığı ən yüksək səviyyədə təmin olunur. Dövlətin bu sahədə atdığı addımlar, mediaya göstərilən dəstək danılmazdır. Ölkə mediası informasiya müharibəsində də mühüm rol oynayır. Bunu Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bu sahə heç də sıradan deyil, əksinə, müasir cəmiyyətdə olduqca mühüm rol oynayır.

Hesab edirəm ki, Azərbaycan mətbuatı daha da inkişaf edəcək və yüksək səviyyəyə çatacaq”.

Siyasi şərhçi Kənan Novruzov isə qeyd edib ki, azad mətbuat demokratik cəmiyyətin göstəricisidir:

Həmçinin oxuyun:

“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans… – FOTOLAR

“Azad mətbuat istənilən demokratik cəmiyyətin əsas komponentlərindən və göstəricilərindən biridir. Əgər bir cəmiyyətdə azad mətbuat yoxdursa, onun nə demokratikliyindən, nə də müstəqilliyindən danışmaq olar. Azərbaycanda fikir, söz və ifadə azadlığı konstitusiyada təsbit olunub və yüksək səviyyədə təmin edilir.

Ölkəmizdə demokratik və azad media mövcuddur. Bunu görmək üçün ümumi mənzərəyə nəzər yetirmək kifayətdir. Demokratik olmayan bir çox ölkələrdə isə müstəqil mətbuat yoxdur və media yalnız manipulyasiya və təbliğatla məşğuldur. Bu cür media yalnız iqtidarın maraqlarına xidmət edir. Lakin Azərbaycanda və digər demokratik ölkələrdə mətbuat müxtəlif yönümlüdür: iqtidaryönlü və müstəqil media orqanları fəaliyyət göstərir.

Kənan Novruzov

Klassik media nəzəriyyəsinə əsasən mətbuat maarifləndirmək, əyləndirmək və məlumatlandırmaq funksiyalarını yerinə yetirir. Bu funksiyalar nəticəsində formalaşan ictimai rəy təbliğat xarakteri daşımır. Əksinə, mətbuat ictimai şüuru formalaşdırır və cəmiyyətin problemlərini işıqlandırmaqla 4-cü hakimiyyət funksiyasını yerinə yetirir. Bu baxımdan, mətbuat həm də bir növ “cəmiyyətin həkimi” rolunu oynayır.

Azərbaycan mətbuatı çox uzun və keşməkeşli yol keçib. “Əkinçi” qəzetindən başlayan bu yol müxtəlif dövrlərdə enişli-yoxuşlu olub. Fərqli siyasi sistemlərdə mətbuata münasibət də dəyişib. İkinci dəfə müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırdı. Onun mətbuata olan yanaşması, senzuranın ləğvi, qəzetlərin nəşriyyatlara olan borclarının silinməsi, KİV haqqında qanunun qəbul olunması, Konstitusiyada söz və ifadə azadlığının təsbit edilməsi kimi addımlar media mühitinin demokratikləşdirilməsinə xidmət etdi.

Nəticədə 1991-ci ildən etibarən Azərbaycan mətbuatında yeni və çoxsaylı media orqanları meydana çıxdı. Hazırda da bu sahəyə xüsusi önəm verilir. Elektron media nümunələri sürətlə artır, saytların sayı durmadan çoxalır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
globalinfo.az

2Sources