EN

Qarabağ məsələsi bitdi - Paşinyan

“Mən yeddinci sinifdən Qarabağ hərəkatında iştirak etmişəm və 2025-ci ilin martında parlamentin tribunasından demişəm ki, baş nazir kimi təcrübə və təhlillərimə əsaslanaraq, belə qənaətə gəlmək olar ki, Qarabağ hərəkatını davam etdirməməliyik”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib.

Paşinyan Ermənistana bu prinsip əsasında rəhbərlik edəcəyini bəyan edib və deyib ki, xalq onunla razılaşmırsa, inqalaba qalxsın.

"Mən vətəndaşları inqilaba səsləyirəm. Mən dünya tarixində ilk və yeganə baş nazirəm ki, elan edilmiş strategiya ilə razılaşmayan vətəndaşları inqilab etməyə çağırıram. Mən ikinci belə haldan xəbərsizəm. Amma fakt budur ki, bizim vətəndaşlar inqilab etməyiblər, çünki onlar da mənim kimi başa düşdülər ki, bu qərarı vermədən sülhün bərqərar olması istər praktiki, istərsə də nəzəri cəhətdən mümkün deyil. Onlar da başa düşdülər ki, bu, mənim irəli sürdüyüm və təəssüf ki, çoxdan, bəlkə də əvvəldən mövcud olan mövqedir”, - Paşinyan qeyd edib

Onun sözlərinə görə, başqaları Qarabağ hərəkatını başqa cür qəbul edərək, onu Ermənistanın suverenliyinə, dövlətçiliyinə, müstəqilliyinə və çiçəklənməsinə müdaxilə edə biləcək əlverişli rıçaq kimi görürdülər.

"Və biz etiraf etməliyik ki, bu rıçaqdan səmərəli istifadə edilib. İndi sülh dövrü gəlib çatıb və Ermənistan vətəndaşları bunu məmnuniyyətlə qəbul ediblər. Bunun üçün kifayət qədər dəlil var və bunu təkzib edən heç bir fakt yoxdur", - deyə baş nazir vurğulayıb./modern.az/

Chosen
19
6
turkustan.az

7Sources