EN

Avqust pensiyaları tam ödənildi

Avqustun 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bununla da respublika üzrə avqust ayının pensiya ödənişləri tam yekunlaşdırılıb.

Chosen
59
19
qafqazinfo.az

10Sources