Endokrinoloq Maksim Kuznetsov xəbərdarlıq edib ki, iri qarınlı kişilərin 60 yaşa qədər yaşamamaq riski var.
Redaktor.az xəbər verir ki, bu haqda həkim "Teleqram" kanalında yazıb.
Kuznetsov izah edib ki, qarın ətrafında yığılan visseral piy daxili orqanlara təzyiq göstərir və ciddi xəstəliklərin inkişafına səbəb olur. Belə insanlar şəkərli diabetə daha çox meyllidirlər, nəticədə isə infarkt, insult və yüksək təzyiq riski artır.
Həkimin sözlərinə görə, bel nahiyəsindəki artıq piy diafraqmı sıxaraq nəfəs almanı da çətinləşdirir.
Aytəkin TOFİQQIZI