EN

Şahin Bağırovdan generalın yerinə YENİ TƏYİNAT

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.

Ölkə.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Bu təyinatadək o, Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Chosen
11
30
olke.az

10Sources