EN

Naxçıvan fermerlərinin NƏZƏRİNƏ! Subsidiyalarla bağlı MÜHÜM AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Naxçıvanda damazlıq heyvanların yetişdirilməsi istiqamətində fəaliyyət aparılacaq. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək”.Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şahbuz rayonunun Badamlı kəndində keçirdiyi fermerlərlə görüşdə məlumat verilib.

 

Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edilməsi vurğulanıb.

Ümumilikdə, bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub. Bu sahədə fəaliyyət göstərən 1973 fermerə cəmi 246 min 300 manat məbləğində dövlət subsidiyası verilib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
6
bizim.media

9Sources