EN

Premyer Liqa: 2-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “İmişli” – “Neftçi” matçının baş hakimi Rauf Cabbarov olacaq.

Yeni mövsümdə ilk oyununu keçirəcək “Qarabağ”ın “Sumqayıt”la qarşılaşmasını Cavid Cəlilov idarə edəcək.

Ağdam klubu kimi, ilk turu buraxmış “Sabah”ın “Şamaxı” ilə səfər qarşılaşması da Rəşad Əhmədova tapşırılıb.

Premyer Liqa
2-ci tur

22 avqust

“İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azersun Arena”, 19:30.

23 avqust

“Kəpəz” – “Karvan-Yevlax”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.

24 avqust

“Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 17:00.

“Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azersun Arena”, 19:30.

25 avqust

“Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 19:00.

Chosen
24
2
arena.az

3Sources