EN

Biabırçı əməliyyat videosu yayılan xəstəxanadan cavab: İŞLƏYƏCƏYİK

Sosial şəbəkələrdə rəzalət videoları yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının “Dost Estetik Mərkəzi”ndə çalışdığı, həmçinin müəssisənin tibbi fəaliyyət göstərmək üçün lisenziyası olmadığı bildirildi.

News24.az xəbər verir ki, lent.az-ın əməkdaşı mərkəzlə əlaqə saxlayaraq, hazırda fəaliyyət göstərib, göstərmədikləri barədə məlumat aldı.

"Dost" Estetik Mərkəzindən bildirildi ki, haqlarında yayılmış şayiələrə görə, onlar hazırda fəaliyyət göstərmirlər. Şayiə sözü diqqətimizi çəkdiyi üçün "Şayiə?” sualını verməli olduq. Bildirildi ki, bəli, haqlarında yayılanların hər biri şayiədir, sübutlar təmin olunduqdan sonra fəaliyyətlərinə davam edəcəklər.

Chosen
28
1
news24.az

2Sources