EN

AFFA "Qəbələ"ni cərimələdi

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cəzalandırıb. Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Karvan-Yevlax"la keçirilən matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Chosen
11
2
metbuat.az

3Sources