EN

Nazilə Səfərli: Ölü yaddan çıxır, plov müzakirə olunur

"Cənazə insan evinə vaxtlı, vaxtsız düşür. İnsan öz dərdi ilə qala bilmir. Düşünə bilmir ki, dərdimi çəkim, ölümü ağlayım, yoxsa gəlib-gedəni yola salım. Bizdə adət var idi ki, yası düşənin evində 1 həftə yemək bişmirdi. Hamı bişirib gətirirdi. Kimsə də dana kəsir, hər evə bir az ət və halva göndərirdi. Gözəl addımdır. Bir həftəyə ölü sahibi özünə gəlməyə başlayır".

Publika.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli yaydığı videoda deyib. O, yas mərasimlərində yemək verilməsini tənqid edib:

"İndi yas yerində toyuq, badımcan ləvəngisi qoyulur. Bunun qarşısı alınmalıdır. Ərəb ölkəsində qapıda üyüdülmüş qəhvə qoyulur. Ondan bir qaşıq dilinin altına qoyursan. Gəlib demirlər, filankəsin halvası dadlı idi. Ölü yaddan çıxır, plov müzakirəyə çıxır. Yas yerində yemək yığışdırılsın. Ölü yiyəsi yemək halına qalmamalıdır.(Axşam.az)

Chosen
6
2
publika.az

3Sources