EN

AFFA "Qəbələ"ni cərimələdi

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cəzalandırıb.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Karvan-Yevlax"la keçirilən matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
 
Qeyd edək ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Chosen
20
2
moderator.az

3Sources