EN

Rusiya İstanbulda razılaşdırılmış təhlükəsizlik zəmanəti prinsiplərini dəstəkləyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi 2022-ci ilin yazında İstanbulda razılaşdırılmış plana əsasən, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə razıdır. Nazirin sözlərinə görə, digər təkliflərin hamısı boş addımlardır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Moskva xarici hərbçilərin Ukrayna ərazisində olmasını təhlükəsizlik zəmanəti kimi qəbuledilməz hesab edir.

Chosen
11
ikisahil.az

1Sources