EN

QHT-lərin səbirsizliklə gözlədiyi xəbər: "Qrant müsabiqəsi elan olunacaq"

“Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək”.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

Ü.Qarayeva deyib ki, QHT-lərin layihə təkliflərini hazırlamaq üçün 2 ay vaxtı olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır:

“7 əsas mövzu istiqaməti veriləcək. Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”.

Agentlik təmsilçisi onu da xatırladıb ki, 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib. İlk dəfə Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 2/3 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma qurub:

Chosen
14
16
aznews.az

10Sources