ain.az, 525.az portalına istinadən məlumat yayır.
“İlin sonuna kimi daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək”. Bunu 525.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, bu ilin sonuna kimi həm yeni həm də köhnə tikililərin qiyməti yüksək olaraq qalacaq. Hətta daha artıq bahalaşma gözlənilir: “Bu ilin sonuna kimi 20 faizə yaxın ümumi qiymət artımı gözlənilir. İpoteka imkanlarının artması mənzillərin qiymətini artıran səbəblərdəndir”.
O qeyd edib ki, təkcə mənzillər deyil, torpaq sahələri və qeyri-yaşayış obyektlərinin də qiyməti get-gedə yüksəlir.
Sevinc QARAYEVA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.