"Azercell Telecom" MMC ESG strategiyası çərçivəsində enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini davamlı şəkildə genişləndirir, bu istiqamətdə bir sıra önəmli layihələri uğurla həyata keçirir.
Mia.az xəbər verir ki, 2022-2024-cü illərdə ümumilikdə 3,628 MWh enerji qənaəti qeydə alınıb. Bu göstərici Bakı-Abşeron zonasında enerji istifadəsində illik 9 %, digər regionlarda isə 11 % azalma ilə müşahidə olunub. Enerji səmərəliliyinin ekoloji təsiri də mühüm nəticələr göstərir - ümumilikdə 1 705-ton karbon emissiyası azaldılıb ki, bu da təxminən 81 190 ağacın atmosferə verdiyi faydaya bərabərdir.