EN

Suares karyerasını Messi ilə birlikdə bitirməyi düşünür

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter Mayami”nin hücumçusu Luis Suares futbolçu karyerasını bitirmək planlarından danışıb.

İdman.biz “The New York Times”a istinadən xəbər verir ki, uruqvaylı forvard karyerasını Lionel Messi ilə birlikdə bitirmək istədiyini bildirib.

Ulduz futbolçu uzun illərdir bunu Messi ilə müzakirə ediyini vurğulayıb.

Eyni zamanda, Suares əlavə edib ki, yekun qərar müqavilələrin şərtlərindən və şəxsi planlardan asılıdır: "Bizim belə bir şansımız ola bilər. Hər şey müqavilələrimizin müddətinin uzadılmasından asılıdır və hər birimiz lazımi anda düzgün qərar verəcəyik".

Qeyd edək ki, daha əvvəl Luis Suaresin 2025-ci ilin sonunda "İnter Mayami"dən ayrılacağı bildirilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
66
28
icma.az

10Sources