EN

Hökumə Əliyevanın ailəsi Kəlbəcərə köçür

Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri Kəlbəcərə köçürlər.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Milli Qəhrəmanın atası Cəlil Əliyev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ailəyə yeni mənzilin açarlarını təqdim edib:

“Yaxın günlərdə Kəlbəcərə köçəcəyik. Mən özüm də Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərəcəm. Cənab Prezident mənzilin açarlarını təqdim edərkən yüksək qürurla Milli Qəhrəman atası olduğumu vurğuladı. Görüş zamanı həm işğaldan azad olunmuş torpaqlarımızdan, həm də ordumuzun gücündən danışdı. Prezident hər kəslə səmimi söhbət etdi və salamladı. Birinci vitse-prezident Mehriban Əliyeva da həyat yoldaşımla söhbət etdi və birgə şəkil çəkdirdilər”.

Cəlil Əliyevin sözlərinə görə, ailə dördotaqlı mənzilə köçəcək:

Chosen
3
4
publika.az

5Sources