EN

QHT Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb - FOTOLAR + VİDEO

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycan irsi ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində hazırlanıb.

İctimai Birliyin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətini əks etdirən abidələrdən bəhs edir.

Onun sözlərinə görə, Ermənistan ərazisində yerləşən bu tarixi abidələrin ermənilər tərəfindən dağıdılması və saxtalaşdırılması böyük tarixi və mədəni itkilərə səbəb olub:

“Bu abidələr Azərbaycan xalqının milli kimliyini və mədəni irsini yaşadan dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin izlərini silmək cəhdi hesab olunmalıdır. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidirlər.”

C.Hüseynzadə əlavə edib ki, filmin çəkilişlərinə tanınmış tarixçi–araşdırmaçı alimlər cəlb olunub və çəkiliş mərhələsi artıq tamamlanıb. Filmin beynəlxalq auditoriyaya çatdırılması məqsədilə ingilis dilində subtitrlər hazırlanacaq.

Layihə çərçivəsində ötən il istifadəyə verilən “qerbiazerbaycanirsi.az” (www.westernazheritage.com)platforması da təkmilləşdiriləcək. Burada Qərbi Azərbaycana aid 250-dən çox tarixi abidə barədə məlumat, foto və videomateriallar toplanaraq elektron bazaya əlavə ediləcək. Bundan başqa, Qərbi Azərbaycan irsinə dair kitablar və filmlər də platformaya əlavə ediləcək.

“Bu addım Qərbi Azərbaycan abidələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır,” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

"Cebheinfo.az" 

Chosen
14
8
cebheinfo.az

9Sources