EN

Fərid Nəbiyev: Başqa nəticə bizi qane etməyəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Kəpəz"in futbolçusu Fərid Nəbiyev Sport24.az-a müsahibə verib.- İlk turda səfərdə "Sumqayıt"a məğlub oldunuz. Oyun barədə fikirlərini bilmək istərdik...- Mövsümün ilk oyunu istədiyimiz kimi keçmədi. Yenilənən heyətimiz var. İnşallah, növbəti matçlarda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.- Yenidən sabiq komandana qayıtdın. Başqa təkliflər var idi? "Kəpəz"i seçməyində əsas rol nə oldu?- "Səbail"dən ayrılandan sonra digər klublardan təkliflərim var idi. Əvvəllərdə "Kəpəz"də çıxış etmişəm. Həmin dövrdə çox yaxşı mövsüm keçirmişdim. Gəncə komandası mənə doğmadır. Ona görə yenidən "Kəpəz"ə qayıtmaq stədim.- Bu mövsüm qarşıya qoyulan əsas məqsəd nədir?- Mövsüm yeni başlayıb deyə, hansısa hədəfdən danışmaq tezdir. Bir müddət sonra komandanın Premyer Liqada əsas məqsədi barədə fikirlər söyləmək olar.- Komandanız hələ ki ev matçlarını doğma meydanda keçirmir. Rəqibləri Qəbələdə qəbul etməyiniz oyununuza, nəticələrə nə qərəcədə təsir edəcək?ədə təsir oynayacaq.- Əlbəttə, təsiri çoxdur. Gəncədə oynamq rəqib komandalar üçün də çətindir. Biz böyük azarkeş dəstəyindən məhrum olmuşuq. İnşallah, yenidən matçlarımızı doğma stadionumuzda keçirəcəyik. - Növbəti tur "Karvan-Yevlax"la oyun var. Gözləntilərini bilmək istərdik...- Bu oyunda sadəcə qələbə haqda düşünürük. Başqa nəticə bizi qane etməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
sport24.az

2Sources