EN

Olimpiya çempionu ona "kişi" deyildiyinə görə karyerasını bitirdi

Əlcəzairli olimpiya çempionu İman Xelif gender qalmaqalı səbəbindən peşəkar boks karyerasını başa vurub. Bu barədə idmançının keçmiş meneceri Nassera Yesfaha məlumat verib.

Hakimiyyet.az "Nice-Matin" nəşrinə istinadən xəbər verir ki, Xelif depressiyaya düşüb.

“İman artıq boks dünyasından ayrılıb, hər şeyi atıb. Olimpiadada baş verənlərdən sonra o, məşqlərə də başlamadı və bir daha boksla məşğul olmadı. Əgər peşəkar karyerasını davam etdirmək istəsəydi, yenidən eyni sınaqdan keçməli olacaqdı”, – deyə menecer bildirib.

Xelif 2023-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) dünya çempionatında gender testindən keçə bilməyib. Həmin yarışda Tayvan təmsilçisi Lin Yuitin də analoji testdən uğursuz nəticə almışdı. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakına icazə vermişdi. Xelif 66 kq çəki dərəcəsində qızıl medal qazanmışdı.

Fransada keçirilən yarışlarda əlcəzairli boksçu italiyalı rəqibini ağladaraq karyerasını bitirməsinə səbəb olmuşdu.

Daha sonra fransız jurnalist Caffar Ait Audia İman Xelifin əslində kişi hesab edilə biləcəyinə dair sübutlar tapdığını açıqlayıb.

Chosen
23
4
hakimiyyet.az

5Sources