“Lids” “Milan”ın hücumçusu Noa Okaforu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəsmi açıqlamasında 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığını bildirib.
Okafor ötən mövsümün ikinci yarısını “Napoli”də icarədə keçirmişdi. İsveçrəli forvard bundan sonra karyerasını İngiltərədə davam etdirəcək.