EN

"Bavariya"nın futbolçusu əməliyyat olundu

"Bavariya" klubu yarımmüdafiəçisi Tom Bişofla bağlı məlumat yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu təcili əməliyyat keçirib. Bu səbəbdən, Bişof Almaniya çempionatının ilk turunda "RB Leypsiq" ilə keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək. Qarşılaşma bu həftənin cümə günü, 22 avqustda baş tutacaq.

Xatırladaq ki, Tom Bişof iyun ayında "Hoffenhaym" klubundan "Bavariya"ya transfer olub. Keçən həftə sonu isə "Bavariya" Almaniya Superkubokunu qazandı və "Ştutqart" üzərində 2:1 hesabı ilə qələbə qazandı. Bişof həmin oyunun sonlarına yaxın meydana daxil olub.

Chosen
48
90deqiqe.az

1Sources