EN

Məşhur insayderin "Qalatasaray"la bağlı iddiası yalan çıxdı?

Futbol dünyası yenidən tanınmış insayder Fabritsio Romanonun ətrafında yaranan qalmaqallı hadisəni müzakirə edir.

Publika.az xəbər verir ki, jurnalist “Mançester Siti” ilə “Qalatasaray”ın Manuel Akanjinin transferi üçün 15 milyon funt sterlinqə razılığa gəldiyini bildirmişdi.

Lakin vəziyyət gözlənilməz məcraya yönəlib. İsveçrəli müdafiəçi Romanonun paylaşımının altına yazaraq “bundan xəbərsiz olduğunu” qeyd edib. Bundan sonra insayder açıqlamasına düzəliş edərək, türkiyəli klubun hələ futbolçu ilə müqaviləni razılaşdırmadığını, Akanjinin isə çempionatını dəyişməyə tələsmədiyini əlavə edib.

Daha da diqqət çəkəni isə odur ki, Romano transfer xəbərinin elanı üçün yazdığı paylaşımı da silib.

Bu hadisə sosial şəbəkələrdə azarkeşlərin zarafat mövzusuna çevrilib. Fanatlar artıq ən etibarlı mənbələrin də yanıldığını deyərək, Akanji ilə bağlı vəziyyəti "memə" çeviriblər.

Chosen
95
publika.az

1Sources