Bakı.Trend:
Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsiərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsinölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1979-cu il təvəllüdlü İlhamMəmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ciil təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarətyetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinəəsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğundaCinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünüöldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraqistintaq aparılır.