ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın liderləri arasında mümkün görüşün təşkili prosesinə birbaşa müdaxilə etməməyi planlaşdırır.
Bu barədə Tramp administrasiyasının rəsmi şəxsləri The Guardian nəşrinə məlumat verib.
Editor.az xəbər verir ki, məlumata görə, beləliklə Tramp Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlardan birbaşa geri çəkilir. Rəsmi şəxslər bildiriblər ki, Trampın planlarında növbəti mərhələ Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün keçirilməsidir.
Nəşrin mənbələrinə əsasən, Tramp müşavirlərinə bildirib ki, ABŞ Prezidenti yalnız liderlər arasında ilkin görüş baş tutduqdan sonra üçtərəfli görüş keçirə bilər. Hələlik bu ilkin görüşün baş tutub-tutmayacağı isə məlum deyil.