EN

Rodriqo gələcəyi ilə bağlı qərarını verdi

Braziliyalı hücumçu Rodriqo 2025/2026 mövsümündə hansı komandada oynayacağına qərar verib.

90deqiqe.Az-ın " Transfer News Live"ya istinadən məlumatına görə, 24 yaşlı futbolçu "Real Madrid"də qalmaq qərarına gəlib. Futbolçu  Madrid klubunda öz yerini qorumaq üçün çox motivasiya olunub.

Ulduz futbolçu ilə  İngiltərənin üç nəhəng klubu ilə – "Mançester Siti", "Liverpul" və "Arsenal" klubları maraqlanırdı.

İspaniya çempionatının ilk turunda "Real" "Osasuna"ya qarşı 1:0 hesabı ilə qalib gəlib. Rodriqo həmin qarşılaşmada ehtiyat oyunçular skamyasında olub və bütün 90 dəqiqəni orada keçirib.

Chosen
119
90deqiqe.az

1Sources