EN

Qriqoryan Azərbaycanla son razılaşmaları Şoyquya təqdim etdi

Avqustun 21-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qriqoryan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş razılaşmaları həmkarına təqdim edib və əmin olduğunu bildirib ki, bu gün regionda bütün region dövlətlərinin maraqlarına cavab verən sülh artıq bərqərar olub. 

Qriqoryan regionun kommunikasiya yollarının blokdan çıxarılması və bunun nəticəsində yaranacaq iqtisadi imkanlardan da danışıb, bunun bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.

Şoyqu da öz növbəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini və gələcək gedişatını təqdim edib.

"Cebheinfo.az" 

Chosen
19
6
cebheinfo.az

7Sources