EN

Novxanı Sumqayıt yolunda zəncirvari qəza: 3 avtomobil zərər gördü ANBAAN VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Novxanı yolunda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə saat 21:45 radələrində qeydə alınıb. Qəzanın görüntülərindən də aydın olur ki, “Mercedes” markalı avtomobilin sürücüsü “Ümüd” adlı restoranın həyətindən geriyə hərəkət edərək yola çıxmağa çalışıb. Bu zaman 77-XD-493 dövlət nömrə nişanlı “Ravon” markalı avtomobil sürətlə yaxınlaşaraq “Mercedes”ə çırpılıb.

Toqquşmadan sonra “Ravon” yerində fırlanaraq yolun ortasında təhlükəsizlik adacığının üstünə çıxıb. Ardınca hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü vaxtında maşını saxlaya bilməyərək “Ravon”un yan hissəsinə çırpılıb.

Nəticədə ümumilikdə 3 nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
avtosfer.az

1Sources