Hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov şəhid Pəncəli Teymurovun ailə üzvləri ilə görüşüb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verlən məlumata görə, görüşdə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə daim diqqət və qayğının göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin, Vətən müharibəsində əldə edilən tarixi qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın əzmkarlığından bəhs edilib.
Şəhid Pəncəli Teymurovun ailə üzvləri onlara göstərilən qayğıya görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.