AYNA tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 36 müntəzəm avtobus marşrutu üzrə müsabiqə elan edilir.
Banker.az xəbər verir ki, müsabiqəyə çıxarılan şəhərlərarası marşrutlar aşağıdakılardır:
• Bakı – Gəncə
• Bakı – Ağdaş
• Bakı – Göyçay
• Bakı – Qəbələ
• Sumqayıt – Göyçay
• Sumqayıt – Beyləqan
• Gəncə – Saatlı
• Mingəçevir – Salyan
• Mingəçevir – Qəbələ
• Mingəçevir – Bərdə
• Bərdə-Mingəçevir
• Şəki – Qəbələ
• İmişli – Sumqayıt
• Gəncə – Qazax
• Qazax-Gəncə
• Gəncə – Şəmkir
• Şəmkir-Gəncə
• Gəncə – Goranboy
• Goranboy-Gəncə
• Qarasuçu (Goranboy) – Gəncə
• Səmədabad (Goranboy) – Gəncə
• Yuxarı Seyfəli (Şəmkir) – Gəncə
• Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə
• Könüllü (Şəmkir) – Gəncə
• Qovlarsarı (Samux) – Gəncə
• Xuluf (Şəmkir) – Gəncə
• Qarabağlar (Samux) – Gəncə
• Yeni yaşayış massivi (Göygöl) – Gəncə
Lənkəran rayonu üzrə:
• Liman şəhəri – Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi)
Bakı şəhəri üzrə:
• 53 nömrəli şəhərdaxili marşrut
• 447 nömrəli şəhərətrafı marşrut
• 512 nömrəli şəhərətrafı marşrut
Sənədlər 19 sentyabr saat 17:00-dək AYNA-nın ofisində (Bakı, Hacı Məmmədov küçəsi 5) qəbul ediləcək.