Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də “Azərbaycan – Türkmənistan – Özbəkistan” formatında keçiriləcək üçtərəfli sammitdə iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edəcək.
Operativ Media xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.