EN

Hazırda 17 yolda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.


Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Babək prospekti, mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

13. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

15. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

16. 1-ci Göl kənarı yolu, Pirşağı istiqamətində;

17. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
12
34
manset.az

10Sources