EN

“Qalatasaray” futbolçusu -Viktor Nelsonu icarəyə VERDİ

Ajans.az xəbər verir ki, müdafiəçi "Verona" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu 1 illik icarə əsasında “Verona”nın şərəfini qoruyacaq. Razılaşmaya əsasən, klub “sarı-qırmızılılar”a 650 min avro icarə haqqı ödəyəcək. Bundan əlavə, danimarkalı futbolçunun müqaviləsində 8 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Viktor Nelson "Qalatasaray"a 2021-ci ildə "Kopenhagen"dən 7 milyon avroya transfer olunub.

Chosen
8
5
Ajans.az

6Sources