EN

Tovuzda Kür sahilində yanğın olub

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın Kür çayının sahilində, Ceyrançöl ərazisində qeydə alınıb.

Ərazidə kol-kos və quru otlaq sahəsi yanıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqda olan təsərrüfatlar yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
23
4
sherg.az

5Sources