EN

Atası Hökumənin həmin cümləsini xatırlatdı

Xəbər verdiyimiz kimi, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Publika.az xəbər verir ki, görüş zamanı AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində həlak olan ekipaj üvzü, Milli Qəhrəman Hökumə Əliyevanın atası ilə ölkə başçısı arasında maraqlı dialoq yaşanıb:

Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı:

Sücaət, neyləyək, baxt belə baxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Chosen
10
19
publika.az

10Sources