EN

Mingəçevirdə qəza baş verib, xəsarət alan var

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib. "VAZ 2107" markalı avtomobil "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü xəsarət alıb və o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
25
1
unikal.az

2Sources