EN

Astarada qəza törədən motosikletçi ölüb

Hadisə rayonun Züngüləş kəndində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə İsti-Su yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb.

H.Əliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
26
7
bakivaxti.az

10Sources