EN

Tramp Putinlə şəklini paylaşdı, şəhadət barmağına diqqət çəkdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada çəkilmiş şəklini Birləşmiş Ştatların keçmiş Prezidenti Riçard Niksonun Sovet lideri Nikita Xruşşovla çəkdirdiyi foto ilə birlikdə paylaşıb.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, Tramp sözügdən paylaşımı "Truth Social" platformasında yerləşdirib.

Çox güman ki, Tramp bu fotoları Amerika liderlərinin oxşar jestlərinə görə paylaşıb.

Belə ki, həm birinci, həm də ikinci şəkildə amerikalı siyasətçilər şəhadət barmaqlarını həmsöhbətlərinə tərəf qaldırırlar.


Chosen
48
2
news24.az

3Sources