Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.