EN

Ağcabədidə maye qazdoldurma məntəqəsinə partlayış olub, xəsarət alanlar var

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb.

Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
12
17
bizim.media

10Sources