EN

116 yaşını qeyd edən qadın uzunömürlü olmasının sirrini açdı

Dünyanın ən yaşlı insanı titulunu daşıyan britaniyalı Ethel Caterham 116 yaşını qeyd edib.Metbuat.az xəbər verir ki, Keterhemə bu titul braziliyalı rahibə İnah Canabarro Lukasın 116 yaşında vəfat etməsindən sonra verilib. Surreydəki qocalar evində yaşayan Caterham ad gününü ailəsi ilə birlikdə qeyd edib.

Qeyd edək ki, Ethel Caterham 1909-cu ildə, Birinci Dünya Müharibəsindən beş il əvvəl Böyük Britaniyanın Şipton Bellinqer kəndində anadan olub. Ginnesin Rekordlar Kitabına görə, tarixin ən yaşlı insanı 1997-ci ildə 122 yaş 164 gün yaşında vəfat edən fransız qadın Janna Kalmentdir. Caterham uzunömürlü olmasının sirrini, “Heç vaxt heç kimlə mübahisə etmə! Mən dinləyirəm və nə istəsəm, edirəm” - deyə ifadə etmişdi.

Chosen
24
1
metbuat.az

2Sources