Qeyd edək ki, Ethel Caterham 1909-cu ildə, Birinci Dünya Müharibəsindən beş il əvvəl Böyük Britaniyanın Şipton Bellinqer kəndində anadan olub. Ginnesin Rekordlar Kitabına görə, tarixin ən yaşlı insanı 1997-ci ildə 122 yaş 164 gün yaşında vəfat edən fransız qadın Janna Kalmentdir. Caterham uzunömürlü olmasının sirrini, “Heç vaxt heç kimlə mübahisə etmə! Mən dinləyirəm və nə istəsəm, edirəm” - deyə ifadə etmişdi.