EN

Zelenski Trampın Baydenə Qarşı Ukrayna ilə Bağlı Tənqidini Şərh Etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın sabiq prezidenti Donald Trampın yalnız müdafiə ilə müharibəni udmağın mümkünsüzlüyü barədə açıqlamasına münasibət bildirib.

Editor.az xəbər verir ki, Zelenski bu fikirləri axşamkı video müraciətində səsləndirib.

O, müharibənin başa çatması üçün Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb:

“Bu müharibəni bitirmək lazımdır. Rusiyaya təzyiq göstərilməlidir ki, müharibə sona çatsın. Putin gücdən və təzyiqdən başqa heç nəyi anlamır. Biz dövlətimizi və insanlarımızı qorumaq üçün bütün zəruri addımları atırıq və atacağıq. Prezident Tramp tamamilə haqlıdır – mübarizə təkcə müdafiədə aparılmamalıdır. Amma eyni zamanda diplomatiya istiqamətində də səylərimizi azaltmırıq. Tərəfdaşlarla bütün əlaqələrimizdə danışıqların baş tutması və məhz sülhə yaxınlaşdıracaq danışıqların keçirilməsi üçün çalışırıq,” – deyə Zelenski bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
2
editor.az

1Sources