EN

İsrail səfiri Britaniya XİN-ə çağırılıb

Avqustun 21-də İsrailin Böyük Britaniyadakı səfiri Tzipi Hotovely İsrail Ali Planlaşdırma Komitəsinin Qüdsün şərqində, E1 bölgəsində məskunlaşma planını təsdiqləməsindən dərhal sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniya XİN-in yaydığı açıqlamada bildirilib ki, Birləşmiş Krallıq və 21 beynəlxalq tərəfdaş bu addımı kəskin şəkildə pisləyən məktub göndərib.

Məktubda bu planın beynəlxalq hüquqa kobud şəkildə zidd olduğu, həyata keçirilərsə, gələcək Fələstin dövlətini iki hissəyə böləcəyi, iki dövlətli həll konsepsiyasını kökündən sarsıdacağı vurğulanıb.

Chosen
5
anews.az

1Sources